Livanın yanacaq probleminin İran vasitəsilə həll olunması Vaşinqtonu çaş-baş salıb
"New York Times": ABŞ "Hizbullah"a məğlub oldu
"New York Times" "Hizbullah" təşkilatının Livana yanacaq tədarükündə ABŞ-ın məğlubiyyətini təhlil edib.
SəhərAzəri-nin məlumatına əsasən, "New York Times" nəşr etdiyi məqalədə "Hizbullah"ın İrandan yanacaq gətirməjklə Livanda milli xilaskar rolunu oynayaraq ABŞ-ı məğlub etdiyini etiraf edib.
Bildirilir ki, "Hizbullah" cümə axşamı günü Suriya sərhədindən bir milyon qallon dizel yanacağı idxal etdiyini açıqladı. Livanlılar bir tərəfdən ABŞ-ı qəzəbləndirərək, digər tərəfdən də yanacaq çatışmazlığından az qala iflic olan bir ölkənin mühüm ehtiyaclarının ödənilməsini bayram edib.
Məqalədə qeyd olunur ki, Livan tarixin ən pis iqtisadi çöküşlərindən birini yaşadığı vaxtda "Hizbullah" milli xilaskar olaraq meydana çıxmağı və Livan hökumətinin və qərbli tərəfdaşlarının uğursuz olduğu bir bölgəyə girməyi bacardı. "Hizbullah" rəsmiləri bunun ölkəyə daxil olan ilk 13 milyon qallon yanacaq olduğunu söylədilər və bu məsələ, bir tərəfdən Livandakı böhranın şiddətini, digər tərəfdən də hökumətin böhranı həll edə bilmədiyini göstərir.
"New York Times" yanacaq yük maşınlarının sərhəd patrulları və ya yoxlamaları ilə üzləşmədən Livana gəlişinə işarə edərək, təqaüdçü bir livanlı komandirdən belə nəql edir: "Ölkə ciddi bir böhran içərisindədir və hökumət yük maşınlarının qanuni və ya qeyri-qanuni yollarla idxal edilməsinə əhəmiyyət vermir. Fövqəladə bir vəziyyətdəyik".
Qəzet həmçinin bunları yazıb: "Yanacaq böhranı "Hizbullah" və müttəfiqləri arasında Livan xalqının ağrılarını daha tez kimin yüngülləşdirə biləcəyi barədə ABŞ-a qarşı mübarizəni göstərdi. Bu, Hizbullahın qazandığı yarışdır, ən azından bu gün üçün.
Məqalənin sonunda deyilir ki, Hizbullah Livandakı iqtisadi böhranda ABŞ-ı günahlandırır və bu ölkəni Livanı mühasirəyə almaqda günahlandırır. İndi Livana yanacaq tankerlərinin gəlişi ilə "Hizbullah"ın qəhrəmanlıqla "Amerika mühasirəsini qırmaq" şüarının livanlılar tərəfindən qəbul ediləcəyi görünür.