ABŞ hərbçilərinin şübhəli hərəkətləri
Sen 19, 2021 18:04 Asia/Baku
Bəzi mənbələr Amerika ordusunun İraq-Suriya sərhəd zolağındakı geniş və şübhəli hərəkətlərindən xəbər verib və onu sual doğuran hal adlandırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Livanda siyasi analitik Hadi Qubeysi bildirib ki, ABŞ ordusunun bu fəaliyyətləri terrorçulara xidmət istiqamətindədir. O, bu fəaliyyətlərin davam etməsi və onun İraqın təhlükəsizliyinə olan təhlükələri haqda xəbərdarlıq edib.
İraqlı analitik Səbah Əl-Əkili isə bu barədə belə deyib: İraqın Suriya ilə sərhədində Əlhəşduşşəbi qüvvələrinə son hücum, Amerika və sionist rejimin İŞİD-çilərin İraq ərazisinə daxil olmaları məqsədilə yarıqlar açmaq üzrə planı istiqamətindədir.