Sen 22, 2021 15:39 Asia/Baku
  • Livanda terrorçu İŞİD özəyi məhv edilib
    Livanda terrorçu İŞİD özəyi məhv edilib

Livan ordusunun komandanlığı bu ölkənin Tripoli şəhərində İŞİD terror qrupunun tabeliyində olan bir özəyin aşkar və məhv edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Livan ordusunun komandanlığı bir bəyanatda bildirib ki, bu özəyin üzvləri Livanın böhranlı şəraitindən istifadə ilə terror əməliyyatları keçirmək üçün başlıca olaraq, şəxsi silah və sursatlar əldə ediblər. Onlar kömək məqsədilə başqa şəxsləri də cəzb eməyə çalışıblar.

Bəyanatda həmçinin vurğulanır ki, hal-hazırda saxlanılan şəxslər istintaqa cəlb olunublar.

 

Teqlər