Sionist rejim şəhid "Süleymani"nin terror edilməsində əli olduğunu etiraf edib
Sionist rejim ilk dəfə olaraq, şəhidlər "Süleymani" və "Əl-Mühəndis"in Bağdad hava limanı yaxınlığında terror edilməsində əli olduğunu etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin "Aman" adı ilə tanınan hərbi kəşfiyyat bölməsinin sədri Təmir Haymen verdiyi müsahibədə, bu rejimin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds briqadasının komandanı şəhid "Qasim Süleymani" və İraqın Həşdüş-Şəbi Təşkilatının komandir müavini "Əbu Mehdi Əl-Mühəndis"in ABŞ tərəfindən terror edilməsində iştirak etdiyini bildirib.
Haymenin dediyinə görə, şəhid Qasim Süleymaninin terror edilməsi sionist rejim kəşfiyyat xidmətinin ABŞ-a məlumat verməsindən sonra baş verib.
General-leytenant şəhid "Hacı Qasim Süleymani" və "Əbu Mehdi Əl-Mühəndis" digər 8 nəfərlə birlikdə, 2020-ci il yanvarın üçündə Bağdad hava limanının yaxınlığında, təcavüzkar və terrorçu ABŞ qüvvələrinin bu ölkənin o vaxtkı prezidenti Donald Trampın birbaşa göstərişi ilə endirdikləri hava zərbələri nəticəsində şəhid oldular.