Okt 15, 2021 14:59 Asia/Baku
  • Feysəl bin Fərhan
    Feysəl bin Fərhan

Ərəbistan xarici işlər naziri deyib ki, ölkəsi İranla müzakirələrdə ciddidir.

SəhərAzəri-nin məlumatına əsasən, Feysəl bin Fərhan «Financial Times» qəzetilə müsahibədə İranla ikitərəfli müzakirələrin irəliləyişindən xəbər verib.

Tehran-Ərriyad müzakirələrinin davamına işarə edən Fərhan bildirib ki, Ərəbistan bütün sahələrdə İranla əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsini istəyir.

Ərəbistanın Ələxbariyyə telekanalı da keçən həftə xəbər vermişdi ki, regionda sabitliyə gətirib çıxaracaq Tehran-Ərriyad birbaşa müzakirələri cərəyan edir.

Bundan əvvəl də Ərəbistan vəliəhdi Məhəmməd bin Salman bildirmişdi ki, Ərriyad Tehranla özəl və yaxşı əlaqələr tərəfdarıdır.

 

Teqlər