Qərb sahilində bir fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382133-qərb_sahilində_bir_fələstinli_gənc_şəhid_olub
Fələstinli bir gənc dünən gecə sionist İsrail rejimi hərbçilərinin atəşilə İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərində şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2021 12:44 Asia/Baku
  • Qərb sahilində bir fələstinli gənc şəhid olub
    Qərb sahilində bir fələstinli gənc şəhid olub

Fələstinli bir gənc dünən gecə sionist İsrail rejimi hərbçilərinin atəşilə İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərində şəhid olub.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist İsrail rejimi iddia edib ki, bu fələstinli gənc sionist hərbçilərə hücum etmək niyyətində olub.

Qeyd edək ki, sionistlər adətən bu kimi iddialardan fələstinliləri hədəfə almalarını əsaslandırmaq üçün istifadə edirlər.

Belə bir halda, fələstinli mənbələr Beyt-Ləhmin qərbində yerləşən bir yoxlama-buraxılış məntəqəsinin yaxınlığında bir fələstinlinin həbs olunmasından xəbər veriblər.

Sionist rejim hərbçilərinin dünən İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin cənubundakı Duma bölgəsinə qarşı basqını zamanı da onlarla fələstinli gözyaşardıcı qazla tənəffüs nəticəsində xəsarət alıbdır.