Okt 17, 2021 13:20 Asia/Baku
  • Fələstinli müqavimət qrupları
    Fələstinli müqavimət qrupları

Fələstinli müqavimət qrupları Suriya parlamentinin keçmiş üzvü Midhət Əlsalehin sionist rejim tərəfindən terror edilməsini islami ümmətə qarşı təcavüz adlandırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli müqavimət qrupları bir bəyanatda vurğulayıblar ki, sionistlərin bu azad edilmiş əsirə qarşı hərəkəti bir daha Təl-Əvivin cinayətkar xisləti və quldurluq yanaşmasını sərgilədi.

Bəyanatda həmçinin deyilir ki, bu cinayət sionist rejim qarşısında dayanmaq üçün islami ümmətin bütün orqanlarının birliyi vacibliyini xatırlatdı. Bəzi ölkələrin sionist rejimlə münasibətləri adiləşdirmək üzrə siyasətlərinin davam etməsi bu rejimi bu kimi cinayətlər törətməyə təşviq edir.

Sionist qəsbkarlar dünən işğal olunmuş Cövlanda bir düşmənçilik hərəkətində, «Məcdəl Şəms» qəsəbəsinin qarşısında yerləşən Əynultinə məhəlləsində Midhət Əlsalehi hədəfə alıb və onu şəhid ediblər.

 

Teqlər