Nəsrullah İsrail rejiminə göz dağı verdi
Hizbullah lideri: Yüz min əsgərimiz var
Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bəyan edib ki, Hizbullahın Livanda əsgərləri və təlim görmüşlərinin sayı 100 mindir.
SəhərAzəri-nin məlumatına əsasən, son günlərdə Livan paytaxtı Beyrutda Hizbullahın aksiya keçirən üzvlərinə silahlı hücum edən tərəflərə, xüsusilə də Səmir Cəcanın rəhbərlik etdiyi “Quvvat Lubnaniyyə” silahlı qrupuna xəbərdarlıq mesajı verən Həsən Nəsrullah bildirib ki, heç kim onun rəhbərlik etdiyi təşkilatın gücünü sınağa çəkə bilməz.
Hizbullah lideri Livanın daxilində və xaricində olan və hərəkatı daxili müharibəyə çəkmək istəyən qüvvələr tərəfindən ciddi çabaların göstərildiyini bildirib və qeyd edib ki, hərəkatın təkcə əsgərləri və təlim görmüşlərinin sayı 100 mindir.
Qeyd edək ki, ötən həftə Hizbullah hərəkatı və Əməl partiyasının üzvləri Beyrut partlayışı məhkəmə işini aparan hakimə etiraz edərək, onun istefasını tələb ediblər. Bu etirazlar zamanı aksiyaçılara açılan atəş nəticəsində 7 nəfər həyatını itirib və 24 nəfər yaralanıb. Livan Ordusu müdaxilə edərək, hücumu həyata keçirənlərdən 9-u ələ keçirib.