Okt 22, 2021 11:56 Asia/Baku
  • Yəmən
    Yəmən

Yəmən silahlı qüvvələrinin rəsmi nümayəndəsi xəbər verib ki, Cizanda təcavüzkar səud koalisiyasına aid bir baza beş ədəd ballistik raketlə hədəfə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yəhya Səri bu ölkə qüvvələrinin təcavüzkar səud-əmirliklər koalisiyasının düşərgəsinə qarşı raket hücumunun detallarını açıqlayıb. Bildirib ki, həmin hücumda «Apaçi» vertolyotlarının anqarları, silah və sursat anbarları və komandanlıq qərargahı hədəfə alınıb.

Yəmən silahlı qüvvələrinin rəsmi nümayəndəsi vurğulayıb ki, bu əməliyyatda 35-dən çox səud ölüb və yaralanıb və onların arasında bir neçə zabit və pilot da var.

Səri bildirib ki, bu hücum səud koalisiyasının təcavüzlərinə, Yəmənin zalımcasına mühasirəsinə və davamlı hücumlara cavab istiqamətində həyata keçirilib.

 

Teqlər