Noy 02, 2021 20:46 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Suriyanın təhlükəsizlik orqanları sionistlərin və Qərb ölkələrinin terrorçuları himayə etmələrindən yeni nişanələr aşkar ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın təhlükəsizlik orqanları azad olunmuş bölgələrin təmizlənməsi işinin davamında Dəməşqin cənub-qərbində terrorçulardan qalmış sionist rejim istehsalı olan xeyli sayda silah, sursat, narkomaddə və dərman aşkar və müsadirə ediblər.

Bu orqanlar həmçinin Qunəytrənin Bəriqə kəndində terrorçulardan qalmış PKC və RPG pulemyotları, sionist rejim istehsalı olan transportyor, tanka qarşı mina və simsiz rabitə vasitələri, habelə Qərb ölkələrində düzəldilmiş müəyyən miqdarda silah aşkar və müsadirə ediblər.

Bəzi statistikalara əsasən, dünyanın 120 ölkəsindən 360 minə yaxın terrorçu yüzdən çox terror qrupu formasında Suriyanın xalqı və hökumətinə qarşı müharibədə iştirak edib.

 

Teqlər