Noy 04, 2021 18:41 Asia/Baku
  • Fələstinli müqavimət qruplar
    Fələstinli müqavimət qruplar

Fələstinli müqavimət qrupları sionist rejimin fələstinlilər əleyhinə ardıcıl təcavüzkar hərəkətlərinin nəticələri barədə bu rejimə xəbərdarlıq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən,  Fələstin müqavimətindəki bir mənbə işğal olunmuş Qüdsdə yerləşən «Əlşeyx Cərrah» məhəlləsində fələstinlilərin evlərinin müsadirəsi haqda hökmün veriləcəyi təqdirdə sionist düşmənlə döyüşlərin bərpası barədə xəbərdarlıq edib.

Fələstinli müqavimət qrupları onu da xəbərdarlıq ediblər ki, «Əlşeyx Cərrah» məhəlləsi sakinlərinin evlərinin hər hansı boşaldılması, «Qüds Qılıncı» döyüşünün may ayında başlanmasından öncəki duruma oxşar bir vəziyyətin bərqərarına bais olacaq.

Həmas və İslami Cihad hərəkatları başda olmaqla fələstinli müqavimət qruplarının siyasi və hərbi rəhbərləri diqqətlə «Əlşeyx Cərrah» məhəlləsində baş verən cari hadisələri nəzarətdə saxlayırlar. Müqavimət bu məhəllənin sakinləri ilə bağladığı əhd-peymana sadiqdir və onlara yardım etmək üçün düşmənlə digər bir hərbi qarşıdurmaya girməkdən bir an belə, ləngiməyəcək.

 

Teqlər