Noy 06, 2021 13:58 Asia/Baku
  • İraqın təhlükəsizlik qüvvələri ilə etirazçılar arasındakı toqquşmalara reaksiyalar

İraqın paytaxtı Bağdad şəhərində seçki nəticələrinə etiraz edənlərlə İraq təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar bəzi qruplar və siyasi liderlərin reaksiyası ilə üzləşib.

SəhərAzəri-nin məlumatına əsasən, Hadi Əl-Amirinin rəhbərlik etdiyi "Əl-Fəth" koalisiyası bir bəyanat yayaraq, etirazçılara atəş açmaq əmri verənlərin cəzalandırılmasını istəyib.

İraqın Hizbullah Batalyonları da etirazçılara qarşı güc tətbiqini pisləyib və bildiriblər ki, dinc etirazlar zamanı baş verənlər etirazçıların sabitliyini artıracaq.

İraq "Əsaib Əl-Haqq" hərəkatının baş katibi Qeys Əl-Xəzəli də verdiyi açıqlamada, təhlükəsizlik qüvvələrinin etirazçılara hücumunu pisləyərək, etirazçılara atəş açanların mühakimə olunmasını istəyib.

İraq Ali İslam Məclisinin sədri Şeyx Humam Həmudi, İraq Milli Hikmət Hərəkatının rəhbəri Əmmar Həkim, həmçinin İraqın "Qanunun aliliyi" Koalisiyasının sədri Nuri Əl-Maliki də təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı silahdan istifadə etməsini pisləyib və bütün tərəfləri dinc etirazlara qarşı istənilən güc tətbiqini dərhal araşdırmağa çağırıblar.

İraqın təhlükəsizlik qüvvələri cümə günü Bağdadda oktyabrın 10-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edənlərə hücum ediblər. 

İraq mənbələrinin bildirdiyinə görə, hücum nəticəsində azı 3 etirazçı ölüb, 160 nəfər yaralanıb.

İraqda parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra bir sıra siyasi partiyalar və koalisiyalar seçkinin nəticələrinə etiraz ediblər. Etirazçılar ölkədəki bütün seçki məntəqələrində bülletenlərin əl ilə yenidən sayılmasını tələb edirlər, onlar seçkilərin saxtalaşdırırldığını və səslərin oğurlandığını iddia edirlər. 

Teqlər