Sionist rejimin yüksək səviyyəli kəşfiyyat və hərbi məmurlarının məxfi məlumatları ifşa olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382948-sionist_rejimin_yüksək_səviyyəli_kəşfiyyat_və_hərbi_məmurlarının_məxfi_məlumatları_ifşa_olunub
“Fələstin üçün ədalət” adlı qrup sionist rejimin bəzi yüksək vəzifəli məmurları və onların ailələrinin şəxsi məlumatlarını kiber məkanda dərc edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2021 15:00 Asia/Baku
  • “Fələstin üçün ədalət”
    “Fələstin üçün ədalət”

“Fələstin üçün ədalət” adlı qrup sionist rejimin bəzi yüksək vəzifəli məmurları və onların ailələrinin şəxsi məlumatlarını kiber məkanda dərc edib.

SəhərAzəri-nin məlumatına əsasən, “Fələstin üçün ədalət” adlı qrup sionist rejimin baş qərargah rəisi Aviv Koxavinin şəxsi fotolarından tutmuş Mossad-ın sabiq rəhbəri Yossi Koenin evinin ünvanı və sionist rejimin "Şin Bet" terror təşkilatının sədri Ronen Barın telefon nömrəsinə qədər olan məlumatı "@justice palestine" teleqram kanalında dərc edib.

"Fələstin üçün ədalət" qrupu özünü dünyada ədalətin, məzlumların və pənahsız insanların himayədarı olan beynəlxalq şəbəkə kimi təqdim edir və məqsədlərinin günahsız insanlara zülm edənləri müəyyən etmək, onları dünyaya tanıtmaq və bu günahkarların beynəlxalq məhkəmələrdə müharibə cinayətkarları və insan haqlarını qəsb edənlər kimi mühakimə edilmələrinə çalışmaq olduğunu bildirir.