Noy 13, 2021 19:34 Asia/Baku
  • Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib

İraq mənbələri bildiriblər ki, bu ölkədə seçki nəticələrinə qarşı davam edən etiraz aksiyaları fonunda Bağdadın "Yaşıl Zona"sı ətrafinda təhlükəsizlik tədbirləri gücləndirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Bağdadın mərkəzində yerləşən "Əl-Xəzra" zonasının girişlərində İraqda keçirilən son parlament seçkilərinin nəticələrinə etiraz edənlər tərəfindən gərginliyin artması fonunda güclü təhlükəsizlik tədbirləri görülüb. 

Etirazçılar bu bölgənin əsas darvazası yaxınlığında oturaq aksiya keçirərək oktyabrın 10-da keçirilən seçkilərin nəticələri dəyişdirilmədiyi təqdirdə bölgəyə hücum edəcəklərini bildiriblər. 

Sosial şəbəkə fəalları bir sıra fotolar yayaraq, Yaşıl Zonanın mühafizəsindən məsul olan qüvvələrin "Əl-Əhlam" istiqamətindən əsas darvazanı bağlayaraq, etirazçıların hücumuna mane olduqlarını bildiriblər. 

İraqda parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra bir sıra siyasi partiyalar və koalisiyalar elan edilən nəticələrə etiraz edərək, daha çox şəffaflıq tələb etdilər. 

Teqlər