Sionist qəsəbə sakinləri fələstinlilərə basqın ediblər
Sionist qəsəbə sakinləri sionist rejim hərbçilərinin dəstəyilə qəsb olunmuş Qüdsün şərqində yerləşən Rəəsələmud məhəlləsində fələstinlilərə basqın ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Qırımız Aypara Cəmiyyəti bildirib ki, sionist qəsəbə sakinlərinin Rəəsələmud məhəlləsinin sakinlərinə qarşı hücumu nəticəsində üç fələstinli gənc yaralanıb.
Sionist qəsəbə sakinlərinin fələstinlilərə hücumda məqsədləri, onları işğal olunmuş ərazilərdən çıxarmaq və sionist qəsəbələr salmaqdır.
Digər tərəfdən, sionist qəsəbə sakinləri Nablusun cənubunda yerləşən Zəətrə yoxlama-buraxılış mərkəzinin yaxınlığında fələstinlilərin avtomobillərinə hücum ediblər. Onun ardınca sionist qüvvələr bu mərkəzi bağlayıblar.
Sionistlər özlərinin ekspansianist məqsədlərinə çatmaq üçün gündəlik olaraq Fələstinin müxtəlif rayonlarına basqın edirlər. Onlar bu zaman fələstinliləri şəhid edir, yaralayır və ya həbs etməklə zindanlara salırlar.