Ərəbistan birjası çöküb
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistan ərazisinin içərilərinədək uğurlu PUA hücumları bu ölkə birjasının göstəricisini kəskin tənəzzülə düçar edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən iki gündə yəmənli döyüşçülərin daxili cəbhələrdəki irəliləyişlərinin davam etməsi və onun ardınca Yəmənin ordusu və xalq komitələri qüvvələrinin PUA hücumları bu ölkə birjasının göstəricisini kəskin tənəzzülə düçar edib.
Bu, keçən bir il ərzində Ərəbistan birjası göstəricisinin ən kəskin süqutu olubdur.
Yəmən ordusunun sözçüsü Yəhya Əlsərii ötən şənbə günü bir bəyanatda bildirdi ki, təcavüzkar səudiyyə-əmirliklər-amerikan koalisiyası tərəfindən Yəmən xalqına qarşı mühasirənin və cinayətlərin davam etdirilməsi, həmçinin təcavüzlərin artması və şiddətlənməsinə cavabda bu ölkənin ordusu və xalq komitələri qüvvələri «səkkizinci çəkindiricilik tarazlığı» əməliyyatını həyata keçiriblər.
Bu əməliyyatda «Kral Xalid» hərbi bazası və «Kral Əbdüləziz» beynəlxalq hava limanında mövcud olan hərbi hədəflər, həmçinin Aramko neft şirkətinin neftayırma zavodları bombalanıblar.