Noy 30, 2021 13:34 Asia/Baku
  • İslam Əməkdaşlığı Təşkilatı
    İslam Əməkdaşlığı Təşkilatı

İslam Əməkdaşlığı Təşkilatı dünən gecə bir bəyanatda sionist rejimin başçısı- İsaak Herzoqun İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərindəki İbrahim məscidinə qanunsuz girişini pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Təşkilatın bəyanatında belə deyilir: Bu hərəkət İsrail rejiminin fələstinlilərin müqəddəsləri, torpağı və xalqına qarşı təcavüzlərinin davam etməsi, müsəlmanların emosiyalarının təhrik edilməsi, bölgənin yəhudiləşdirilməsi və ona yiyələnməyin şiddətləndirilməsi üzrə məqsədyönlü proqram çərçivəsində həyata keçirilib.

İslam Əməkdaşlığı Təşkilatı dünya ictimaiyyətini tarixi məkanları himayə etmək üçün hərəkətə keçməyə və sionist rejim başçılarını müqəddəs məkanlara hörməti qoruyub saxlamağa vadar etməyə çağırıb.

Sionist rejimin başçısı- İsaak Herzoq bazar günü axşamçağı sionist qəsəbə sakinlərindən bir qrupu ilə, güclü təhlükəsizlik tədbirləri əhatəsində İbrahim məscidinə daxil olub.

YUNESKO(UNESCO)-nun tabeliyində olan Ümumdünya İrs Komitəsi bildirib ki, İbrahim məscidi Fələstinə aid olan tarixi məkandır.

 

Teqlər