Dek 01, 2021 13:06 Asia/Baku
  • planın
    planın

Media mənbələri sionist rejim tərəfindən qərb sahilinin şimalında qəsəbəsalma planının qəbul edilməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Sionist rejim sionist qəsəbələri genişləndirmək üçün fələstinlilərin Nablusun cənubunda yerləşən Qəryut və Əssaviyə kəndlərindəki əkin sahələrinin işğal edilməsi planını qəbul edib.

Qəryut və Əssaviyə kəndlərindəki əkin sahələrində ictimai məkanlar, Əyliyə qəsəbəsi üçün şose yolu və yaşayış mənzilləri inşa olunmalıdır.

Bundan öncə də sionist mənbələr bildirmişdilər ki, bu rejim qəsb edilmiş Qüdsdə on min yaşayış obyekti tikmək niyyətindədir.

Belə bir halda, sionist rejim məhkəməsi bazar günü bir düşmənçilik hərəkətində qəsb edilmiş Qüdsdə yaşayan fələstinlilərin mənzillərinin geniş surətdə dağılmasına göstəriş verdi.

Ötən günlərdə Fələstin Azadlıq Təşkilatı bir məlumatda sionist rejimin qəsb edilmiş Qüdsdə sionist qəsəbələr salmasının misli görünməmiş tərzdə artmasından xəbər verdi.

Sionist rejimin bu hərəkətlərinin fonunda qeyd edək ki, BMT Baş Assambleyasının dördüncü komitəsi son zamanlar bu rejimin əleyhinə altı qətnamə qəbul edib.

BMT Təhlükəsizlik Şurasının 2234 saylı qətnaməsnə əsasən, sionist rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur, amma bu rejim fələstinlilərin mənzillərini dağıdıb, sionist qəsəbələr salmaqla öz hegemonçuluqlarını davam etdirir.

 

Teqlər