Ərriyad BMT-nin təhqiqatını əngəlləməyə çalışır
Səudiyyə Ərəbistanı Yəməndə insan haqları ilə bağlı təhqiqatı dayandırmaq üçün BMT rəsmilərinə təzyiq göstərməkdədir.
SəhərAzəri-nin məlumatına əsasən, Ərəbistan müxtəlif yollarla Yəməndə insan haqları ilə bağlı hər cür təhqiqatın qarşısını almağa çalışır.
Ərəbistan ötən ilin oktyabrında da bu ölkənin Yəməndəki hərbi cinayətləri ilə bağlı müstəqil təhqiqatların aparılmasını əngəlləmək üçün BMT-nin İnsan Haqları Şurasının bəzi üzvlərinə təzyiq göstərmişdi.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.
Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək yüz minlərlə yəmənlinin ölməsi və yaralanması, dörd milyon nəfərin isə didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanının hərbi təcavüzü həmçinin Yəmənin infrastrukturunun 85 faizindən çoxunu məhv edib və bu ölkəni kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdiribdir.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits son zamanlar Yəməndəki insan durumunu fəlakətli adlandırıb və Yəmənin dünyada ən ağır insan böhranını yaşadığını bildirib.