Dünya ictimaiyyəti səudları daha artıq cinayətlərə təşviq edir
Yəmən milli qurtuluş hökumətinin sözçüsü təcavüzkar səud koalisiyasının ölkəsinin müdafiəsiz və günahsız xalqına qarşı cinayətlərinin davam etməsini pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya ictimaiyyətinin səud təcavüzkarlığı qarşısında Yəmən xalqının məzlumluğuna qarşı diqqətsizliyini tənqid edən Məhəmməd Əbdüssalam deyib ki, dünya ictimaiyyəti səud koalisiyasını daha artıq cinayətlər törətməyə təşviq edir. Qeyd edib ki, dünya ictimaiyyəti qəsdən gözlərini Yəmən xalqının xarici təcavüzkarlıqlar qarşısındakı məzlumluğuna yumub.
Səud koalisiyasının düşmənçilik hərəkətlərinin dünya ictimaiyyəti tərəfindən görməməzliyə vurulması bu koalisiyanın yəmənlilərə qarşı daha çox cinayətlər törətməyə və hərtərəfli mühasirəni şiddətləndirməyə təşviq edilməsi deməkdir,- deyə Yəmən milli qurtuluş hökumətinin sözçüsü vurğulayıb.
Əbdüssalam dünya ictimaiyyətinin təcavüzkar səud koalisiyası qarşısındakı mövqeyini ikibaşlı adlandırıb.
Şübhəsiz, bu ikili standartlar Yəmən xalqının öz torpaqlarını müdafiə meydanında keçmişdəkilə müqayisədə daha əzmkar olmasına səbəb olacaq, -deyə Əbdüssalam