Livanda dəfn mərasimində atışma olub: 10 nəfər ölüb və ya yaralanıb
Livanın cənubunda yerləşən Fələstin düşərgəsində oksigen kapsulu anbarında baş vermiş partlayışın qurbanlarının dəfn mərasimində 10 nəfər ölüb və ya yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, Livanın "Sur" şəhərindəki "Burj əl-Şimali" fələstinli qaçqın düşərgəsində oksigen kapsulu anbarında baş vermiş partlayış nəticəsində həlak olanların dəfn mərasimində 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Yerli mənbələr naməlum silahlı şəxslərin dəfn mərasimində iştirak edənlərə atəş açması və onlarla düşərgənin təhlükəsizlik qüvvələri arasında toqquşmanın baş verməsindən xəbər veriblər.
Livan təhlükəsizlik qüvvələri atışmanın səbəblərini araşdırır.
Livan Qırmızı Xaç Cəmiyyəti də atışma nəticəsində ölən və yaralananların sayının artacağını istisna etməyib.
Qeyd edək ki, cümə günü Livanın "Sur" şəhərindəki "Burj əl-Şimali" fələstinli qaçqın düşərgəsində dizel çəninin yanmasından sonra yanğın yaxındakı məscidə və bir silah anbarına keçərək, partlayışa səbəb olub.
Partlayış nəticəsində 12 nəfər ölüb, 20 nəfər isə yaralanıb.