Dek 16, 2021 12:06 Asia/Baku
  •  “Əl-Qəssam”
    “Əl-Qəssam”

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın hərbi qanadı olan "İzzəddin Əl-Qəssam" Briqadaları Qəzzə zolağında “Qüds Qalxanı” təliminin başladığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əl-Qəssam Briqadaları bir bəyanat yayaraq, bildirib ki: "Bu təlim hərbi hazırlığı artırmaq və müxtəlif ssenariləri simulyasiya etmək məqsədi ilə çərşənbə günü səhər saatlarından başlayıb və müxtəlif döyüş əməliyyatları ilə qarşılaşmaq üçün hazırlığı artırmaq məqsədilə keçirilən davamlı hərbi təlimlərin bir hissəsidir".

Əl-Qəssam Briqadaları bu bəyanatda vurğulayılar: "Müqavimət işğalçı qüvvələrin məğlubiyyəti və torpaqların, xalq və müqəddəslərin, Qüdsün qılınc və qalxanının azad edilməsinə qədər davam edəcək".

Məlumata görə, Həmas hərəkatının yaranmasının 34-cü ildönümü ilə əlaqədar Qəzza zolağının şimal və cənubunda bu hərəkatın hərbi təlimləri keçirilir. 

Teqlər