İraqda beynəlxalq koalisiyanın hərbi karvanının yolunda bomba partlayıb
İraqın Bəsrə vilayətində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin hərbi karvanı yolun kənarında yerləşdirilən bomba ilə hədəfə alınıb.
SəhərAzəri-nin məlumatına əsasən, İRNA-nın məlumatına görə, İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, beynəlxalq koalisiyaya məxsus və hərbi təchizat daşıyan karvan Bəsrə-Əl-Divaniyyə magistral yolunda küveytə doğru hərəkət edərkən yolun kənarında quraşdırılmış bomba partlayıb, nəticədə onun maşınlarından birinə ziyan dəyib.
Bununla bağlı dünən də ABŞ və beynəlxalq koalisiya qüvvələrinə məxsus logistika materialları daşıyan 3 hərbi karvan İraqın Bağdad, Qadisiyyə və Əl-Anbar vilayətlərində yolun kənarında yerləşdirilmiş bomba ilə hədəfə alınıblar.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, "Əl-Mühəndisin qisası" adlı qrup Bağdadda ABŞ ordusunun təchizat konvoyuna hücumun məsuliyyətini öz üzərinə götürüb.
İraq parlamenti iki il əvvəl xarici qoşunların bu ölkədən çıxarılmasının vacibliyini vurğulayan qanun qəbul edib.