Dek 29, 2021 18:42 Asia/Baku
  •  Məhəmməd Əl-Buxeyti
    Məhəmməd Əl-Buxeyti

Yəmənin Ali Siyasi Şurasının üzvü Yəmən müharibəsinin son mərhələyə qədəm qoyduğunu bildirərək, əlavə edib ki, təcavüzlərini davam etdirmək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklətinin xeyrinə deyil, sülh sazişinə getmək daha yaxşı olar".

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Əl-Buxeyti çərşənbə axşamı verdiyi açıqlamada deyib: "Təcavüzkarlar bütün hərbi güclərini Yəmənə qarşı istifadə etməyə çalışarkən, Yəmən müqavimət qüvvələri bu hücumlara sərt cavab verir".

Əl-Buxeyti əlavə edib: "Yəmən dəniz raketləri və döyüş gəmiləri istehsalçısına çevrilib və bu gün tank əleyhinə raketlərə və Apaçi döyüş helikopterinə malikdir". 

Yəmənin Ali Siyasi Şurasının üzvü ölkəsinin bütün hərbi texnikaları istehsal etmək üçün lazımi texnologiya və akademik heyətə malik olduğunu bildirərək, deyib: "Yəmənin pilotsuz təyyarələri və qanadlı raketləri onların qırıcıları və döyüş gəmilərindən daha ölümcüldür".

Yəmən müqavimət qüvvələrinin son günlər və həftələrdə, xüsusən də Məarib vilayətində əldə etdiyi sahə uğurları, təcavüzkar səud koalisiyası qüvvələrinin müxtəlif bölgələrdə hava hücumlarını gücləndirərək, Yəmən qüvvələrinin irəliləyişini ləngitməsinə səbəb olub.

Teqlər