Yan 01, 2022 13:35 Asia/Baku
  • Təl-Əviv və Yafa limanında üç partlayış baş verib
    Təl-Əviv və Yafa limanında üç partlayış baş verib

İvrit dilli media mənbələri Fələstinin işğal olunmuş ərazilərindəki Təl-Əviv və Yafa limanında bir neçə dəhşətli partlayış səsinin eşidildiyini bildiriblər.

"Mehr" xəbər agentliyinin məlumatına görə, bəzi media mənbələri Fələstinin işğal olunmuş ərazilərindəki Təl-Əviv və Yafa limanında üç dəhşətli partlayışın baş verdiyini bildiriblər. 

Sionist rejim ordusu da Qəzzə zolağından raketlərin atıldığına dair bəzi məlumatların alındığını və vəziyyəti araşdırdığını bildirib.

Sionist rejim polisi də Təl-Əviv sahillərində partlayışın baş verdiyi barədə məlumat yayıb.

 

Bəzi Fələstin mənbələri partlayışları Qəzzədəki Fələstin qrupları tərəfindən "fələstinli məhbus "Heşam Əbu Həvaş"ın vəziyyəti ilə bağlı bir xəbərdarlıq və mesaj kimi dəyərləndiriblər, hansı ki 138 gündür aclıq aksiyasına başlayıb və təhlükəli vəziyyətdədir. 

Teqlər