Yan 09, 2022 12:02 Asia/Baku
  • «Kətaib Hizbullah»
    «Kətaib Hizbullah»

İraqda «Kətaib Hizbullah» hərəkatı batalyonlarının təhlükəsizlik üzrə məsul şəxsi vurğulayıb ki, bu ölkənin gələcək hökuməti ABŞ, İngiltərə və əmirliklərdən asılı olmamalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Əbu-Əli Əl-Əskəri dünən gecə vurğulayıb ki, bu ölkənin gələcək hökuməti sırf iraqlı olmalıdır və sünni əhli və kürd spektrlərinin daha böyük fraksiyadan olan xas bir tərəfin xeyrinə müdaxilə etmələri ölkənin səbatsızlığına bais olacaq.

«Kətaib Hizbullah» hərəkatının bu məsul şəxsi qeyd edib ki, bir tərəfin intiqam almaq və daha böyük fraksiyadan əksəriyyəti kənara qoymağa cəhd etməsi ixtilafa bais olacaq.

Əbu-Əli bir daha vurğulayıb: Seçkilərdə baş verənlər ən böyük aldatma idi və bu, o demək deyildir ki, aldadıcılar başqalarının hüquqlarını müsadirə etmək haqqına malikdirlər.

İraqda «Kətaib Hizbullah» hərəkatı bundan öncə vurğulamışdı ki, bu ölkənin parlament seçkilərində baş verənlər İraq xalqının tarixində ən böyük saxtakarlıq olub.

Bu iraqlı hərəkat qeyd edib ki, İraq məhkəmə hakimiyyəti xüsusən ABŞ-ın Bağdaddakı səfiri və BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Janin Hennis-Plasshart tərəfindən təzyiq, təhdid və bacalmaya məruz qalıb.

İraq seçkiləri nəticələrinin bu ölkənin ali federal məhkəməsi tərəfindən təsdiq edildiyi zamandan bəri İraqdakı siyasi qüvvələr, o sıradan şiələr, kürdlər və sünnilər federal hökumətin təşkili üçün Bağdad, Nəcəf və Ərbildə iclaslar keçirdilər.

 

Teqlər