BƏƏ-yə PUA hücumu nəticəsində 9 nəfər ölüb və ya yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385158-bƏƏ_yə_pua_hücumu_nəticəsində_9_nəfər_ölüb_və_ya_yaralanıb
Yəmən ordusu və xalq komitələri Birləşmiş Ərəb Əmirliklərinin dərinliklərindəki kritik hədəfləri 20 PUA və 10 ballistik raketlə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2022 15:44 Asia/Baku
  • PUA hücumu
    PUA hücumu

Yəmən ordusu və xalq komitələri Birləşmiş Ərəb Əmirliklərinin dərinliklərindəki kritik hədəfləri 20 PUA və 10 ballistik raketlə hədəfə alıblar.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Məyadin" telekanalı bildirib ki, Yəmən ordusu və xalq komitələrinin BƏƏ-nin dərinliklərinə hücumunda 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Məlumata əsasən, hərbi əməliyyyat BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərinin mərkəzində hələ də davam edir və bu şəhərin səmasını alov və tüstü bürüyüb. 

Bundan əvvəl Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu ölkənin silahlı qüvvələrinin BƏƏ-nin dərinliklərində keçirilən genişmiqyaslı xüsusi hərbi əməliyyatla bağlı yaxın saatlarda aşıqlama verəcəyini bildirib. 

Birləşmiş Ərəb Əmirliklərinin WAM dövlət xəbər agentliyi neft anbarlarının və Abu Dabi Beynəlxalq Hava Limanının yaxınlığında iki partlayışın baş verdiyindən xəbər verib.