Yan 22, 2022 10:51 Asia/Baku
  • Səud koalisiyasının Səədədəki cinayətləri haqda son statistika

Yəməndəki bir xəstəxana rəsmisi xəbər verib ki, bu anadək səud qırıcılarının Səədədəki bir zindana qarşı dünəngecəki hücumunda 65 nəfər ölüb, 112 nəfər də yaralanıbdır.

SəhərAzəri-nin məlumatına əsasən,21 yanvarda Yəmənin Səədə əyalətindəki bir zindanın bombalanması səud koalisiyasının Yəməndəki ən çox tələfatlı hücumlarından birinə çevrilib.

Səədədə yerləşən Əl-Cumhuri xəstəxanasının baş həkimi İsmail Əlvərfi deyib ki, bu gün bu xəstəxanaya 65 nəfər ölü və 112 yaralı köçürülüb və şərait o qədər acınacaqlıdır ki, tibbi ləvazimat və maddələrin sayı yaralılara baxmağa bəs etmir.

Onun sözlərinə görə, yaralılardan çoxunun durumu ağırdır, ölülərin sayının artacağı gözlənilir; hələ müəyyən sayda insan da uçqunlar altında qalıb və uçqunların sürətlə qaldırılması üçün yetərincə təchizat yoxdur.

Yəmən milli qurtuluş hökumətinin səhiyyə naziri Taha Əlmütəvəkkil də Əl-Məsirə-yə deyibdir ki, səud koalisiyası aydın şəkildə mülkiləri hədəfə alır və qəsdən onları qırır.

Teqlər