Səud koalisiyası Sənanı şiddətli şəkildə bombalayıb
Yəmənin Əlməsirə telekanalı bu gün səhər saatlarında təcavüzkar səud koalisiyası qırıcılarının Yəmənin Səna əyalətinə qarşı geniş hücumlarından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Əlməsirə bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları üç dəfə Sənanın Əl-Səbəin rayonunda yerləşən Əlnəhdin və Əlhəfa məhəllələrini hədəfə alıblar.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə illərdir Yəmənə təcavüz edib, onu qurudan, dənizdən və havadan mühasirəyə alıbdır.
Bu təcavüz indiyədək yüz minlərlə yəmənlinin ölməsi və yaralanması, dörd milyon nəfərin isə didərgin düşməsinə bais olub.
Bu təcavüz həmçinin Yəmənin infrastrukturunun səksən beş faizindən çoxunu dağıdıb və bu ölkəni ciddi qida maddələri və dərman çatışmazlığı ilə üzləşdiribdir.