Yəmən ordusunun Səudiyyə Ərəbistanının sərhəd bölgələrində yeni nailiyyəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385547-yəmən_ordusunun_səudiyyə_Ərəbistanının_sərhəd_bölgələrində_yeni_nailiyyəti
"Əl-Elam Əl-Hərbi" informasiya qrupu Yəmən ordusunun Əl-Əcaşir səhrasında 163 kvadrat kilometr ərazinin azad edilməsi ilə nəticələnən döyüş meydanındakı uğurları haqqında məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2022 16:44 Asia/Baku
  • Yəmən ordusunun Səudiyyə Ərəbistanının sərhəd bölgələrində yeni nailiyyəti

"Əl-Elam Əl-Hərbi" informasiya qrupu Yəmən ordusunun Əl-Əcaşir səhrasında 163 kvadrat kilometr ərazinin azad edilməsi ilə nəticələnən döyüş meydanındakı uğurları haqqında məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Elam Əl-Hərbi" informasiya qrupu bu gün Yəmən ordusu və xalq komitələri qüvvələrinin Nəcranla həmsərhəd Əl-Əcaşir səhrasında həyata keçirdikləri genişmiqyaslı əməliyyatın görüntülərini yayıb. Əməliyyat zamanı 163 kvadrat kilometr ərazi azad edilib.

Məlumata əsasən, bu əməliyyatda Yəmən ordusu mühüm mərkəzlərə, o cümlədən "Təyyibə" strateji düşərgəsi, "Əl-Rəbə və "Əl-Qədhamil" təpələrini "Qara-Qumlar" bölgəsini və "Əl-Əmhur" dağ silsiləsi ərazisini azad etməyə müvəffəq olub.

Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin bu əməliyyatda çoxlu sayda silah-sursat, zirehli texnika ələ keçiriblər.