Fev 03, 2022 13:38 Asia/Baku
  • Yəmən
    Yəmən

Yəmən xalqına qarşı cinayətlərin davam etməsində ABŞ və İsrail rejimi maraqlı tərəflərdir

SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə koalisiyasının Yəmənə qarşı müharibəsinin yeddinci ili başa çatmaq üzrədir. Ən varlı ərəb ölkələrinin (Səudiyyə Ərəbistanı və BƏƏ) Qərbi Asiyanın ən kasıb ərəb ölkəsinə qarşı apardığı bu asimmetrik müharibə Yəməndə 21-ci əsrin ən böyük humanitar fəlakətinə gətirib çıxarmışdır.

Doğrudur, ABŞ və İsrail Yəmən əleyhinə koalisiyada formal olaraq iştirak etmirlər, lakin hər ikisi bu müharibədə mühüm rol oynayır və müharibənin nəticələrindən faydalanırlar.

ABŞ Yəmənə qarşı müharibədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah və siyasi dəstək verir. Yəmənlilərə qarşı istifadə edilən texnikanın əsas hissəsini ABŞ istehsalı olan silahlar təşkil edir. Eyni zamanda, amerikalılar beynəlxalq qurumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında Ər-Riyad və Əbu-Dəbi ilə bağlı istənilən qərarı əngəlləyirlər. Seçki kampaniyası zamanı və hətta 2020-ci il seçkilərində qalib gəldikdən sonra ABŞ prezidenti Co Bayden Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini dayandıracağına söz verdi, lakin bu vəd yerinə yetirilmədi. Və hazırda ABŞ silahları Səudiyyə Ərəbistanına satılmağa davam edir, Səudiyyə Ərəbistanı isə Yəməndə səfalət yaratmaq üçün bu silahlardan faydalanır.

İsrail də Yəmənə qarşı müharibədə fəal iştirak edir. Washington Post qəzeti 2021-ci ilin dekabrında bu barədə yazıb: "İsrail Yəmənə qarşı müharibədə əsas tərəfdaşdır. 42-dən çox pilotu və 70-ə yaxın hərbi və texniki mütəxəssisi ilə bu rejim Yəmənə qarşı müharibədə Səudiyyə və BƏƏ-yə yardım edir".

Bundan əvvəl İsrailin "Haaretz" qəzeti bir İsrail şirkətinin Səudiyyə muzdlularına hərbi təlim keçdiyini bildirmişdi.

Bundan əlavə, ABŞ və İsrail Yəmənə qarşı davam edən müharibədən əsas qazanan tərəflərdilər. Onlar bu zəngin ərəb ölkələrinə silah satırlar, digər tərəfdən isə bu müharibənin davam etməsi İslam ölkələri arasında parçalanmanın davam etməsi deməkdir ki, bu da onların mənafeyinə uyğundur.

Bununla bağlı Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülmalik əl-Husi vurğulayıb: “Amerikalılar və israillilər Yəmən xalqı kimi müsəlmanların da əsl düşmənləridir və onlar ümmət arasında təfriqə və ixtilaf yaratmağa çalışırlar."

 

Teqlər