Fev 04, 2022 13:39 Asia/Baku
  • BƏƏ və Bəhreyn
    BƏƏ və Bəhreyn

Fələstin hərəkatları və Bəhreynin siyasi partiyası İsrail rejimi rəsmilərinin BƏƏ və Bəhreyndə qəbul edilməsini pisləyiblər

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS, Fəth, “İslami Cihad” və digər fələstinli hərəkatlar sionist İsrailin prezidenti İshaq Herzoqun Birləşmiş Ərəb Əmirliklərinə və müdafiə naziri Beni Qantsın Bəhreyn səfərini pisləyiblər.

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS İsrailin baş naziri Beni Qantsın və rəhbərlik etdiyi nümayəndə heyətinin Bəhreyndə qəbul edilməsini kəskin pisləyib.

Həmçinin Fələstinin “İslami Cihad” və Fəth hərəkatları İsrail prezidenti və müdafiə nazirinin Bəhreyn və BƏƏ-də qəbul edilməsini pisləyib və qınayıblar.

Bəhreynin “əl-Vəfaq Cəmiyyəti” də İsrailin müdafiə nazirinin krallıqda qəbul edilməsini xəyanət və bütün qırmızı xətləri keçmək kimi qiymətləndirib.

Qeyd edək ki, BƏƏ, Bəhreyn, Mərakeş və Sudan son illərdə qondarma İsraillə münasibətlərini normallaşdırıb və rəsmiləşdiriblər.

 

Teqlər