Sionist nazir Qantzın Manamaya ilk səfəri etirazla qarşılandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385705-sionist_nazir_qantzın_manamaya_ilk_səfəri_etirazla_qarşılandı
Cümə günü Bəhreyn xalqı müxtəlif bölgələrdə etiraz aksiyası keçirərək, İsrail rejiminin müharibə nazirinin bu ölkəyə səfərini və əldə olunan razılaşmanı qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2022 10:14 Asia/Baku
  • Sionist nazir Qantzın Manamaya ilk səfəri etirazla qarşılandı

Cümə günü Bəhreyn xalqı müxtəlif bölgələrdə etiraz aksiyası keçirərək, İsrail rejiminin müharibə nazirinin bu ölkəyə səfərini və əldə olunan razılaşmanı qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, etirazçılar sionist nazir Benni Qantzın ölkələrinə səfərini pisləyib və Manama ilə Təl-Əviv arasında münasibətlərin normallaşmasına qarşı olduqlarını bildiriblər.

Benni Qantz keçən çərşənbə günü gözlənilmədən Manamaya səfər edib.  Bu, sionist rejimin müharibə nazirinin Fars körfəzi sahillərindəki bir ərəb ölkəsinə ilk səfəridir.

Sionist rejimin müharibə naziri səfər çərçivəsində bəhreynli həmkarı Abdullah bin Həsən Əl-Nəimi ilə təhlükəsizlik sazişi də imzalayıb.