Fev 05, 2022 19:27 Asia/Baku
  • Nəbih Berri:

Livan parlamentinin sədri bu gün deyib: "Bu gün bir yanaşma və sionist rejimin təcavüzlərinə qarşı bir silah olaraq müqavimətə həmişəkindən daha çox sadiqik".

SəhərAzəri-nin məlumatına əsasən, Livan parlamentinin sədri Nəbih Berri 6 fevral İntifazəsinin 38-ci ildönümü və 7 fevral Həsən Qəsirin şəhadətinin ildönümü münasibəti ilə deyib: "38 ildir ki, 6 fevral intifazəsi bir  çox tərəflərin və cərəyanların çaşqın olduğu bir vaxtda düzgün milli istiqaməti göstərir".

Berri sözlərinin davamında deyib: "Otuz səkkiz ildən sonra, bu gün, həmişəkindən daha çox və o milli qüruru yaradan eyni əzmlə, biz 1984-cü il fevralın 6-da əldə edilənləri müdafiə etməyə və qoruyub saxlamağa hazırıq. Bütün bu nailiyyətləri qanun və konstitusiya çərçivəsində qorumağa, həmçinin vətəndaş sülhünü, birgəyaşayışı, eləcə də İsrailin təcavüzü və ambisiyaları qarşısında bir mədəniyyət, yanaşma və silah kimi müqavimətə sadiqliyi qorumağa hazırıq. Beləliklə də Livan məğlubiyyət deyil, qələbə nöqtəsi olaraq, qalacaq". 

Teqlər