Fev 15, 2022 11:41 Asia/Baku
  • Bennetin Bəhreynə səfəri  pislənilib

Livan xalqı və bir qrup livanlı şəxsiyyət Bəhreyn xalqının inqilabına dəstək və həmrəylik elan edib, Manamanın sionist rejimlə əlaqələri adiləşdirməsini pisləyibdir.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin baş naziri Naftali Bennetin Bəhreynə ilk səfərinin fonunda qeyd edək ki, bu ölkə xalqı on dörd fevral inqilabı ərəfəsində ötən günlərdən bəri Bəhreynin müxtəlif bölgələrində aksiyalar keçirməklə Ali-Xəlifə rejiminin istibdadı, repressiyası və sionist rejimlə əlaqələri adiləşdirməsini pisləyibdir.

Livan Hizbullahının siyasi şurasının üzvü Mahmud Qəmati on dörd fevral Bəhreyn inqilabının başlanmasının on birinci ildönümü günü münasibətilə Beyrut mədəniyyət mərkəzində keçirilən həmrəylik konfransında belə söyləyib: Bəziləri Livanın xalqı və rəsmilərini sionist rejimlə əlaqələrin adiləşdirilməsi istiqamətində addım atan ərəblərlə yanaşı olmağa çağırır və onu ərəb ölkələrinin ağuşu adlandırırlar.

Bununla bağlı, Müqavimət Din Alimləri Cəmiyyətinin sədri Mahir Həmud belə deyib: İkidən artıq yolumuz yoxdur: Ya müqavimətin, Fələstinin amalı və azadlığı, xalqların hüquqlarının himayədarı, ya da ki, repressiya, zülm, təhqir, zindan və sionist rejimlə əlaqələrin adiləşdirilməsi istiqamətində olmalıyıq.

On bir il bundan öncə belə bir gündə Bəhreyn xalqının qiyamı başlandı və bu günədək də davam edir.

Teqlər