Fev 21, 2022 19:49 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Sionist hərbçilər Fələstinin işğal olunmuş ərazilərində düşmənçilik hərəkətlərinin davamında Qüds və İordan çayının qərb sahilində onlarla fələstinlini həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən,Son aylarda sionist hərbçilərin işğal olunmuş Qüds və Qərb sahilinə hücumları və onlarla fələstinlilər arasında toqquşmalar, qəsəbələrin inşasının intensivləşdirilməsi və sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı təkrar hücumları səbəbindən artıbdır. 

"Əl-Əhd"in bazar etəsi gününə olan məlumatına görə, sionist hərbçilər İordan çayının qərb sahili və Qüdsə hücum etdikdən sonra fələstinlilərlə toqquşaraq, onlardan 35-ni həbs ediblər.

Sionistlər bu gün səhər də İordan çayının qərb sahilindəki "Cenin" şəhərinin qərb hissəsinə hücum edərək, fələstinli məhbus "Məhəmməd Yusif Cəradat"ın evini dağıdıblar.

Bu elə bir haldadır ki, ötən həftə də İordan çayının qərb sahilində daha bir fələstinli məhbusun evi dağıdılıb.

Teqlər