Fev 22, 2022 20:31 Asia/Baku
  • Qətər əmiri bir tvittdə İran prezidentilə görüşündən yazıb

Qətər əmiri bir tvittdə İran prezidentilə görüşü ilə bağlı yazıb ki, iki ölkə arasında sinerji haqda Seyid İbrahim Rəisi ilə fikir mübadiləsi aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Təmim bin Həməd Ali-Sani dünən axşamçağı tvitterdəki səhifəsində İran prezidenti Seyid İbrahim Rəisinin Dohaya səfərinə işarə edib.

Qətər əmiri bu barədə belə yazıb: Mən bu gün qarşılamağından məmnun qaldığım cənab prezident İbrahim Rəisi ilə/ Qətər ilə,/ ortaq maraqların reallaşması və dinc yanaşı yaşama prinsipinə əsaslanan tarixi əlaqələrə malik olduğumuz bir ölkə olan İran arasında sinerjini araşdırdıq. Biz ən mühüm region və dünya olaylarından əlavə, regionun təhlükəsizliyi və dayanıqlığının qorunması yollarından danışdıq.

İran prezidenti Seyid İbrahim Rəisi dünən bir nümayəndə heyətilə və Qətər əmirinin dəvətinə cavab olaraq, Dohaya səfər etdi.

Teqlər