Fev 23, 2022 14:23 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Çərşənbə axşamı gecə saatlarında İordan çayının qərb sahilində yerləşən Beytləhm şəhərində bir fələstinli yeniyetmə sionist hərbçilər tərəfindən güllələnərək, şəhid edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, fələstinliləri şəhid və yaralayır, ya da həbs edib zindana salırlar.

Fələstinin "Məa" xəbər agentliyinin məlumatına Fələstin Özünü İdarəetmə Təşkilatının Səhiyyə Nazirliyi 14 yaşlı fələstinli yeniyetmə "Məhəmməd Şehadə"nin Beytləhmin cənubundakı "Əl-Xezr" qəsəbəsində İsrail ordusu tərəfindən güllələnərək şəhid olduğunu bildirib.

Sionist rejimin "0404" xəbər saytı uşağın daş atarkən İsrail əsgərləri tərəfindən vurulduğunu iddia edib.

Şahidlərin dediyinə görə, uşaq güllənin dəyməsindən təxminən yarım saat sonra xəstəxanaya çatdırılıb.

"Sout Əl-Qüds" radiosu bildirib ki, fələstinli yeniyetmənin şəhadətindən sonra insanlar Əl-Xezr şəhərinin Əbu Rəkəbə bölgəsində sionistlərin cinayətini pisləmək üçün etiraz aksiyası keçiriblər ki, bu da şəhər ətrafında geniş şəkildə yerləşdirilən sionist hərbçilərlə toqquşmalara səbəb olub.

Beytləhmin cənubunda yerləşən Əl-Dəhişə düşərgəsində şəhidin ailəsinin evinin qarşısında sionistlərin vəhşiliklərinə qarşı qəzəblərini ifadə etmək üçün könüllü yürüş keçirilib.

Teqlər