Cenində anti-sionist əməliyyat
https://azeri.sahartv.ir/news/qərbi_asia-i386354-cenində_anti_sionist_əməliyyat
Fələstin müqavimət qüvvələri sionistlərin Ceninin cənub-qərbindəki hərbi yoxlama-buraxılış məntəqəsinə əl qumbaraları ilə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2022 08:46 Asia/Baku
  • Cenində anti-sionist
    Cenində anti-sionist

Fələstin müqavimət qüvvələri sionistlərin Ceninin cənub-qərbindəki hərbi yoxlama-buraxılış məntəqəsinə əl qumbaraları ilə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə məzlum Fələstin xalqına hücum edir, onları şəhid edir, yaralayır və ya həbs edirlər. Fələstinlilər də bu cinayətlərə cavab olaraq anti-sionist əməliyyatlar həyata keçirirlər.

Fələstin müqavimət qüvvələri şənbə günü axşam Duta bölgəsində keçirdikləri anti-sionist əməliyyatından sonra həmin bölgədən təhlükəsiz şəkildə geri dönüblər. Sionist rejim hərbçilərinin fələstinli qüvvələri müəyyən etmək cəhdi də uğursuz qalıb.

Fələstinlilər 2021-ci ildə 441 anti-sionist əməliyyat həyata keçiriblər.