Cenin düşərgəsində iki fələstinli şəhid edilib
-
iki fələstinli
Sionist həbrçilərin atəşləri nəticəsində İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsində iki fələstinli şəhid edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən bir neçə gün ərzində qərb sahilnin müxtəlif bölgələrində, eləcə də işğal olunmuş Qüdsdə yerləşən Şeyx Cərrah bölgəsində fələstinlilərlə sionist rejim ordusunun hərbçiləri arasında gedən döyüşlər şiddətlənibdir.
Fələstinli mübarizlərin qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsinə basqın etmiş qəsbkar sionist qüvvələrlə döyüşləri zamanı on doqquz yaşlı Şadi Nəcm və iyirmi iki yaşlı Abdullah Əlhəsri sionistlərin atəşləri nəticəsində şəhid olublar, daha üç nəfər də yaralanıbdır.
Bu iki fələstinli gəncin şəhadətilə, düşərgənin sakinlərinin böyük bir qismi dəfn mərasimində iştirak edib və sionist rejimə qarşı şüar veribdir.
Fələstinli qruplar bundan öncə vurğulamışdılar ki, sionist düşmən qərb sahili və Qüds sakinlərinə qarşı cinayətləri və təcavüzlərinin əvəzlərini ödəyəcəklər.