Mart 03, 2022 20:16 Asia/Baku
  • Yəmənin  gəmisi
    Yəmənin gəmisi

Yəmən neft şirkətinin sözçüsü bildirib ki, bu ölkə üçün fövqəladə benzin daşıyan bir gəmi səud koalisiyasının təcavüzkarları tərəfindən saxlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əsam Əlmütəvəkkil deyib ki, təcavüzkar səud koalisiyasının dəniz qüvvələri benzin daşıyan «Qeysər» gəmisinin Yəmənin Əlhudəydə limanına daxil olmasına mane olublar.

Əlmütəvəkkil söyləyib: Saxlanılmış gəmi BMT təftişindən keçmiş və Yəmənə giriş üzrə beynəlxalq lisenziya almışdı.

Yəmən neft şirkətinin sözçüsü səudiyyə-amerikan-əmirliklər koalisiyasının Yəmən xalqının ağrı-acılarını dərinləşdirmək məqsədilə bu ölkənin yanacaq böhranını şiddətləndirmək üzrə qərarına işarə ilə deyib: Yəmən bu gün, ötən yeddi ildə mühasirə və təcavüzün başlandığı zamandan bəri ən şiddətli net məhsulları böhranının şahididir.

Əlmütəvəkkil vurğulayıb: Bu günlər vətəndaşların avtomobillərinin Yəmənin müxtəlif vilayətlərində yerləşən yanacaq məkanları qarşısındakı növbələri üç kilometri ötüb keçibdir.

Təcavüzkar səud koalisiyası dəfələrlə Yəmənin yanacaq, qida maddələri və tibb ləvazimatları daşıyan gəmilərini saxlayıbdır.

 

Teqlər