Sionist rejimin bütün nazirliklərinin saytlarında geniş pozuntu yaranıb
-
Sionist rejim
Sionist mənbələr xəbər veriblər ki, sionist rejimin nazirliklərinin saytları geniş pozuntu ilə üzləşiblər. Hələ bu pozuntunun səbəbi məlum deyildir.
SəhərAzəri-nin məlumatına əsasən, Əlməyadin informasiya kanalı sionist xəbər mənbələrinə istinadla bildiribdir ki, sionist rejimin nazirləri dövlət saytlarını aça bilmirlər.
Sionist «Haarets» qəzeti də xəbər veribdir ki, bu rejimin bir neçə dövlət saytı sındırılıb və daxili işlər, səhiyyə, ədliyyə və rifah nazirlikləri, həmçinin baş nazir ofisinin saytları açılmır.
«Sayberizon» texnologiya şirkəti son zamanlar iddia edibdir ki, İran öz adamlarının köməyilə sionist rejimə aid olan onlarla orqanın saytını sındırıbdır.
«Musanın əsası» qrupunun bir iranlı qrup olduğunu iddia edən «Sayberizon»un məlumatında deyilir ki: Bu qrup ilk dəfə olaraq, 2021-ci ilin oktyabrında müəyyən edilib və məqsədi, həssas informasiyaları sızdırmaq yolu ilə İsrail rejiminin şirkətlərinə zərbə endirməkdir.
«Musanın əsası» adlı hakerlər qrupu bundan qabaq da Qüdsü işğal etmiş rejim ordusunun yüzlərlə hərbçisinin cüzi məlumatlarına şamil olan faylları, həmçinin bu rejimin müharibə naziri Beni Qantsın şəxsi videolarını «Dark net» və «Teleqram» mühitlərində yaymışdı.