BƏƏ gəmisinin 16 sərnişini xilas edilib
İranın Buşehr vilayətinin böhran idarəsinin baş direktoru Fars Körfəzi sularında əmirliklərin on altı sərnişininin xilas edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Cahangir Dehqani bir müsahibədə əmirliklərin Buşehr vilayəti hüdudlarında, Fars Körfəzi sularında qərq olmuş gəmisinin otuz sərnişinin nicatı üçün yardımçıların göndərilməsinə işarə ilə deyib ki, Fars Körfəzinin dalğalı və təlatümlü olmasına görə, indiyədək yardımçılar gəminin 16 sərnişinini xilas ediblər.
Qeyd olunan ticarət gəmisinin İranın Cənubi Pars və Əsəluyə bölgələri hüdudunda batmasına toxunan İranın Buşehr vilayətinin böhran idarəsinin baş direktoru sonra belə qeyd edib: Avtomobil daşıyan bu gəmi suların dalğalı və təlatümlü olması səbəbindən otuz ekipaj üzvü ilə qərq olubdur ki, dərhal İranın Buşehr vilayətinin müxtəlif nöqtələrindən gələn yardımçılar suda batanları xilas etməyə göndəriliblər.
Dehqani Buşehr vilayətinin Baş Limanlar və Dənizçilik İdarəsinin yardım və xilasetmə gəmisinin xilasetmə əməliyyatına göndərilməsinə işarə ilə deyib ki, gəminin digər on dörd sərnişininin nicat verilməsi üzrə axtarışlar davam edir.