Suriya prezidenti Rusiyanın müdafiəsinə qalxdı
Əsəd: Bu savaş Qərbin əsl simasını göstərdi
Suriya prezidenti Ukraynada baş verənlərə görə Qərb dövlətlərini qınadı.
SəhərAzəri-nin məlumatına əsasən, Bəşar Əsəd deyib: "Qərbin Rusiyaya qarşı diskriminasiyası dünya tarixində görünməmiş bir hadisədir. Qərb hər sözdə yalan danışır."
Onun sözlərinə görə, Qərb beynəlxalq hüququn dəyərsiz olduğunu sübut etdi və qlobal müqavilələrin bütün prinsiplərinin üstündən xətt çəkdi, dünyanı vəhşi meşəyə çevirdi.
Əsəd sonra Qərblə qarşıdurma imkanlarının olduğunu qeyd edib: “Ukraynada münaqişənin başlaması ilə Qərb qlobal miqyasda tarixi dönüş nöqtəsini yaşayır. Qərbin yeritdiyi siyasət - güc siyasəti və dünya nizamının cəngəllik qanununa çevrilməsidir. Ukraynadakı münaqişə Qərb ölkələrinin hakimiyyətlərinin əsl simasını xalqlarına göstərdi”, deyə Suriyanın dövlət başçısı vurğulayıb.