Mart 26, 2022 11:25 Asia/Baku
  • Yəmən ordusu bəyanat yayıb

Yəmən silahlı qüvvələrinin sözçüsü dünən bildirib ki, Ərəbistan ərazisindəki əməliyyat Yəmənə qarşı mühasirənin sındırılması üzrə üçüncü əməliyyat kimi həyata keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Yəhya Əlsərii deyib ki, bu əməliyyat səud-əmirliklər koalisiyasının təcavüzləri qarşısında müqavimətin səkkizinci ilinin başlanması və mühasirənin davam etdirilməsinə bir cavabdır. O, bildirib ki, yəmənli qüvvələrin dünənki əməliyyatı gedişində Ciddədə- Aramko şirkəti, Ərriyadda isə bir neçə mühüm mərkəz qanadlı raketlərlə hədəfə alınıb.

Bu yəmənli komandan əlavə edib: Yəmənli qüvvələrin hücumlarında Rəs-Tənurə və Rabiğ neftayırma zavodları bir neçə PUA-nın hədəfinə çevriliblər. Cizan və Nəcran da çox sayda PUA tərəfindən hədəfə alınıblar.

Cizan, Zəhran, Əbha və Xəmis-Muşayit rayonlarında mühüm və həyati hədəflərin ballistik raketlərlə bombalanmasına işarə edən Əlsərii qeyd edib ki, mühasirənin sındırılması hədəfləri çərçivəsində daha çox hücum həyata keçiriləcək.

O, həmçinin vurğulayıb ki, yəmənli qüvvələr mühasirənin aradan qaldırılması və hücumların dayandırılmasınadək öz hərbi əməliyyatlarını genişləndirməkdə tərəddüd etməyəcəklər.

Əlməyadin telekanlı Yəməndəki özəl mənbələrinə istinadla xəbər veribdir ki, Ciddədə yerləşən Aramko təsisatlarının tam şəkildə yanması və misli görünməmiş şəkildə yanğının baş verməsi barədə informasiyalar əldə edib.

Bu məlumata əsasən, yanacaq təsisatları və anbarlarında yanğın bütün obyektin məhv olmasına səbəb olubdur.

Teqlər