Seçkilər Əfqanıstan problemlərinin yeganə həll yoludur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i387331-seçkilər_Əfqanıstan_problemlərinin_yeganə_həll_yoludur
Əfqanıstan İslam Partiyasının lideri seçkilərin keçirilməsini Əfqanıstan problemlərinin yeganə həll yolu adlandırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 27, 2022 08:55 Asia/Baku
  • Seçkilər Əfqanıstan problemlərinin yeganə həll yoludur

Əfqanıstan İslam Partiyasının lideri seçkilərin keçirilməsini Əfqanıstan problemlərinin yeganə həll yolu adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar Əfqanıstanda koalisiya hökumətinin qurulmasına qarşı olduğunu bildirib və deyib: "Bu ölkədə seçkilərin keçirilməsi üçün şərait, xüsusən də təhlükəsizlik baxımından həmişəkindən daha əlverişlidir".

Hikmətyar Əfqanıstanda seçkilərin keçirilməsinin vacibliyini vurğulayaraq, əlavə edib: "Bu ölkədə sabitliyi təmin etməyin yeganə yolu seçilmiş prezidentin rəhbərliyi ilə vahid bir hökumətin yaradılmasıdır". 

Əfqanıstan İslam Partiyasının lideri koalision hökumətlərin Əfqanıstan kimi bir ölkəni idarə edə bilməyəcəyini bəyan edərək, deyib: "Son qırx ildə Əfqanıstandakı müxtəlif sistemlər bu ölkədə koalisiya hökuməti qura bilməyiblər".

Özü puştun və Talibanla yaxın əlaqədə olan Hikmətyar bundan əvvəl "Loyə Cərgə" və ya məşvərət məclisinin yaradılmasına da qarşı çıxıb və Əfqanıstanda təkpartiyalı hökumətin qurulmasına çağırıb.