Mart 30, 2022 11:27 Asia/Baku
  • sionist
    sionist

Sionist mənbələr çərşənbə axşamı gecə Təl-Əvivin şərqindəki "Bnei Brak" bölgəsində atışma baş verdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən "İran Press"in məlumatına görə, atışma nəticəsində ən azı 5 sionist öldürülüb, bir neçəsi isə yaralanıb. 

Sionist mənbələrin məlumatına görə, silahlı bir motosikletçi klaşnikovla sionist qəsəbə sakinlərinə atəş açıb.

Atışmanın səbəbkarı hələ müəyyən edilməyib, lakin bunun iki gecə əvvəlki kimi müqavimət əməliyyatı olması ehtimalı yüksəkdir.

Bazar günü axşam saatlarında Fələstinin şimalındakı Əl-Xəzirə şəhərində keçirilən əməliyyat zamanı iki sionist hərbçi öldürülüb, daha 12 hərbçi isə yaralanıb.

Fələstin müqavimət qrupları dəfələrlə bəyan ediblər ki, bu cür hərəkətlər sionist işğalçıların Fələstinin məzlum xalqına qarşı cinayətlərinə təbii cavabdır.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın yüksək rütbəli üzvü Mahmud Əl-Zəhar "İran Press" xəbər agentliyinə verdiyi eksklüziv müsahibəsində deyib: "Əl-Xəzirə əməliyyatı işğalçı sionist rejimə güzəştə gedənlərin və onlarla əməkdaşlıq edənlərin üzünə bir sillə idi". 

Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin lideri Məhəmməd Əl-Qul isə "İran Press"ə deyib: "Əl-Xəzirə əməliyyatının mesajı budur ki, Fələstin xalqı işğala qarşı mübarizəyə və müqavimətə davam edəcək".

Teqlər