Sionistlər minlərlə fələstinli gənci həbs ediblər
Fələstinli Əsirlər Assambleyası bildirib ki, sionist hərbçilər 2015-ci ildən bəri bir qrupu uşaq olan doqquz mindən çox fələstinli yeniyetməni həbs ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli Əsirlər Assambleyası bu gün yaydığı məlumatda sonra qeyd edib ki, sionist hərbçilər bu sayda fələstinli yeniyetməni həbs etməkdən əlavə, onları kəskin bədən və psixoloji işgəncələrə məruz qoyublar.
Həddi-büluğa çatmamış 160-a yaxın yeniyetmənin Ufer, Damon və Məcdu məhbəslərində saxlanıldığını bildirən Fələstinli Əsirlər Assambleyası qeyd edib ki, qəsbkar hərbçilər Ələqsa intifazəsinin 2000-ci ilin oktyabrında başlandığı zamandan bəri on səkkiz yaşından aşağı on doqquz minə yaxın fələstinli yeniyetməni həbs ediblər. Onların bəzilərinin yaşı hətta on-dan aşağı olubdur.
Məlumatda deyilir: Fələstinli uşaqların həbs edilmələri barədəki fakt və statistikalar ondan xəbər verir ki, həbs olunmuş şəxslərin əksər hissəsi uşaqların hüquqlarına dair konvensiyalar, həmçinin beynəlxalq prinsip və qanunlarla təzad təşkil edən sistemli metodlar və vasitələr yolu ilə bədən və psixoloji işgəncələrə məruz qalıbdır.