Apr 08, 2022 14:29 Asia/Baku
  •  Muhəmməd əl-Husi
    Muhəmməd əl-Husi

Ərriyad-ı aldadıcı adlandıran Yəmən milli qurtuluş hökumətinin ali siyasi şurasının üzvü deyib ki, bu ölkənin rəyasət şurasının üzvləri Səudiyyə Ərəbistanı üçün işləyən muzdlulardırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Ərriyadın elan etdiyi Yəmən rəyasət şurasının təşkilinin Yəmənlə heç bir əlaqəsinin olmayıb, Səudiyyə Ərəbistanına aid olduğunu bildirən Muhəmməd əl-Husi Ərəbistana tövsiyə edibdir ki, aldadıcılıqdan əl çəksin.

Belə bir addımın heç bir təsirinin olmayacağını bildirən əl-Husi əlavə edib: Bu işdə məqsəd, Yəmənə qarşı təcavüzlərə legitimlik verməkdir.

Ərriyad müzakirələri ötən çərşənbə günü Ərəbistanda işə başlayıb.

Ərəbistan öz tabeliyində olan altı yüzdən çox ünsürü bu müzakirələrdə iştiraka dəvət etsə də, Ərriyadda olan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini və onun müavinini dəvət etməyibdir. Bu yığıncaqda Ərəbistan Yəmən rəyasət şurasının təşkilindən xəbər verdi.

 

Teqlər