Apr 10, 2022 16:57 Asia/Baku
  • Sionist rejim banklarına kiber hücumu edilib

Sİonist rejim mediaları bu rejim banklarının vebsaytlarından bir qrupuna kiberhücumu edildiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İnternasional və Autzarhaşial bankları və bir neçə digər sionist rejim bankı dünən gecədən əlçatanlıqdan çıxıblar.

Bu pozuntu gecə yarısı, sionist rejimin iri banklarından olan «Hebuəlim» bankına əlçatanlıqda problemin elan olunması ilə başlandı və sürətlə rejimin digər beynəlxalq banklarına sirayət etdi.

Media mənbələri ötən aylar ərzində dəfələrlə işğal olunmuş ərazilərdəki mühüm şirkətlərə qarşı kiber hücumlarından xəbər vermişdilər.

Qüdsü qəsb etmiş rejimin həssas mərkəzlərinə qarşı haker hücumlarının neçəqat artmasının fonunda qeyd edək ki, bu rejimin başçıları həmin hücumlar qarşısında çaş-baş qalıblar.

 

Teqlər